AZ

ŞAD XƏBƏR: Yeni yol çəkilir

Son illərdə Bakı-Sumqayıt yolunda müşahidə olunan tıxaclar sürücülər və sərnişinlər üçün ən aktual problemlərdən birinə çevrilib.

Publika.az xəbər verir ki, səhər və axşam pik saatlarda minlərlə insanın işə və evə qayıtmaq üçün istifadə etdiyi bu magistralda hərəkət bəzən saatlarla uzanır.

Yük maşınlarının intensivliyi, Xırdalan və “20 Yanvar” dairələrində yaranan sıxlıq, həmçinin alternativ yol şəbəkəsinin məhdudluğu vəziyyəti daha da çətinləşdirir. Məhz bu səbəbdən Bakı şəhərinin Baş planı 2040-da yol-nəqliyyat infrastrukturuna dair mühüm dəyişikliklər nəzərdə tutulub.

Sözügedən plana əsasən, “Bakı-Sumqayıt” şosesində nəqliyyat axınını tənzimləmək və uzunmüddətli sıxlığın qarşısını almaq məqsədilə strateji əhəmiyyət daşıyan 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır. Layihə icra olunduqdan sonra həm paytaxt istiqamətinə daxilolma sürətlənəcək, həm də Xırdalan və “20 Yanvar” dairələrindəki yüklənmə əhəmiyyətli dərəcədə azalacaq.

Bu, yalnız sürücülər üçün vaxt qənaəti yaratmaqla kifayətlənməyəcək, eyni zamanda ekoloji yükün azaldılmasına, şəhərdaxili yollarda təhlükəsizliyin və rahatlığın artırılmasına da xidmət edəcək. Bəs bu layihə Bakı-Sumqayıt yolunun üzərində yerləşən şəhər və qəsəbələrdə yaşayan sakinlərə necə təsir edəcək?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bu layihədə yarımdairəvi yollar tikilməsi nəzərdə tutulub və onlardan birində işlər artıq başlayıb:

Seçilən
17
6
publika.az

9Mənbələr