İşğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramı 20 sentyabrın mahiyyətini daha da zənginləşdirir. Çünki suverenlik yalnız hərbi qələbə ilə deyil, eyni zamanda həyatın geri qayıtması ilə möhkəmlənir. Qarabağ Universitetinin yaranması, tibb fakültəsinin açılışı və elmi-tədris fəaliyyətinin başlaması göstərir ki, bu torpaqlar gələcəyin intellektual mərkəzinə çevriləcək.
20 sentyabr həm də dünyaya verilən mesajdır: Azərbaycan qalib dövlətdir və öz suverenliyini əbədi təmin edib. Bu gün beynəlxalq müstəvidə ölkəmizin mövqeyini daha da gücləndirir. Azərbaycan xalqı bu tarixi qərarı qürurla qarşılayır. Dövlət Suverenliyi Günü gələcək nəsillərə milli mübarizənin, şəhidlərin qəhrəmanlığının və xalqın birliyinin canlı nümunəsi kimi ötürüləcəkdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31