AZ

"Bakıda olan müəssisələr regionlarda da yaradılmalıdır" 

Bakıda olduğu kimi regionlarda məişət tullantılarının idarə olunması ilə bağlı müəssisələri yaradılmalıdır.

Ölkə.az xəbər verir ki, bunu deputat Eyvaz Qurbanov Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya  komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki. Bakıda və Abşeronda məişət tullantılarının idarə olunması məqsədi ilə Balaxanıda “Təmiz şəhər” müəssəsinin yaradılması ilə sonra çox  gözəl iş görülüb. “Lakin bölgələrdə bu istiqamətdə iş görülümür. Düzdür  məişət tullantılarının idarə olunması ilə bağlı müəssisələrin yaradılması maliyyətutumlu məsələlərdir. Amma nəzər almaq lazımdır ki,   regionlaırn inkişafı, xüsusən də turizm sahəsinin inkişafı etdiyi bölgələrdə biz  məişət tullantıları sahəsində ciddi problemlərlə üzləşirik. Azərbaycanın inkişaf tendednsiyasını nəzərə alaraq,   xüsusən də böyük şəhərlərdə və turizm inkişaf etdiyi bölgələrdə  bu istiqamətdə işlərə başlanılmalıdır. Turizmin inkişafə azərbaycan inkişaf tendensiyasını bnəzərə alaraq böyük şəhərlərdə bu prosesə başlanılsın.Çünki dövlətimizin maliyyə imkanı bu istiqamətdə işlər başlamağa imkan verir. Artıq bölgələrdə digər  problemlər demək olar həllini tapıb, yeganə problem məişət tullantıları ilə bağlı olan məsələdir. Bu məsələ hələ də SSRİ dövründən qalmış ətrafa üfunət iyi verən, xəstəlik mənbəyi  olan bu problem  həllini tapmalıdır”, - o qeyd edib.

Mürtəza

Seçilən
66
1
olke.az

2Mənbələr