AZ

AFFA “Kür-Araz” vitse-prezidentini cəzalandırıb

AFFA Azərbaycanın II Liqa təmsilçisi "Kür-Araz" 3 futbolçusunu və vitse-prezidentini 4 oyunluq cəzalandırıb. Metbuat.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.II turun "Göygöl" – "Kür-Araz" oyununun 62-ci dəqiqəsində qonaqların futbolçuları Elxan Məmmədov hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına, Elnur Məmmədovla Eltun Həsənli isə ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə cəzalandırılıb. 16.09.2025-ci il tarixində II Liqada II turun "Göygöl" – "Kür-Araz" oyunu bitdikdən sonra "Kür-Araz" komandasının heyətində 14 nömrəli futbolçu Elnur Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, "Kür-Araz" komandası 1000 manat cərimə edilsin (52.4);16.09.2025-ci il tarixində II Liqada II turun "Göygöl" – "Kür-Araz" oyunu bitdikdən sonra "Kür-Araz" komandasının heyətində 3 nömrəli futbolçu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, "Kür-Araz" komandası 1000 manat cərimə edilsin (52.4);16.09.2025-ci il tarixində II Liqada II turun "Göygöl" – "Kür-Araz" oyunu bitdikdən sonra "Kür-Araz" komandasının vitse-prezidenti Kenan Yıldız hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, "Kür-Araz" komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

16.09.2025-ci il tarixində II Liqada II turun "Göygöl" – "Kür-Araz" oyunu bitdikdən sonra "Göygöl" komandasının azarkeşləri meydançaya daxil olduğuna görə "Göygöl" komandası 250 manat cərimə edilsin (maddə 86.3).

Seçilən
50
4
metbuat.az

10Mənbələr