AZ

ABŞ-də silahlı hücum - 3 polis əməkdaşı öldü

ABŞ-nin Pensilvaniya ştatında baş verən silahlı hücum nəticəsində 3 polis əməkdaşı həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Pensilvaniyanın York County bölgəsində baş verən hücumda 3 polis ölüb, 2 polis isə ağır yaralanıb.

Rəsmilərin verdiyi məlumata görə, hadisə, davam edən bir istintaq çərçivəsində kənd ərazisinə gedən polislərə atəş açılması nəticəsində baş verib.

Hücum edən şəxs polis tərəfindən güllələnərək zərərsizləşdirilib. Yaralı 2 polis əməkdaşının yaxınlıqdakı xəstəxanada müalicə aldığı və vəziyyətlərinin kritik olduğu bildirilib.

FBI (Federal Təhqiqat Bürosu) əməkdaşlarının da hadisə yerində yerli hüquq-mühafizə orqanlarına dəstək verdiyi açıqlanıb.

Seçilən
53
50
operativmm.az

10Mənbələr