Babək rayonunda oğurluq edən şəxs saxlanılıb.
Axar.az xəbər verir ki, Babək rayonunda yerləşən evlərin birindən 45000 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.
Babək Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, 32 yaşlı Ayşən Mustafayeva müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluq törədib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.