AZ

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami: İranla BAEA arasında etimad bərpa olunmalıdır

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami ilk dəfə mühafizə altında olan nüvə obyektlərinin hərbi hücuma məruz qaldığını bildirib.

O, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və İran arasında etimadın bərpa olunmasının vacibliyini vurğulayıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Eslami Qərb ölkələrini agentlikdən siyasi məqsədləri üçün istifadə etməkdə ittiham edib və qeyd edib ki, təftiş öhdəlikləri yalnız dövlətlərin hüquqlarına hörmətlə əməl edildikdə əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, agentliyin yoxlamalarının tam bərpası xüsusi tədbirlərin qəbulundan asılıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
oxu.az

1Mənbələr