GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ şəhərlərinin küçələrində yerləşdirilən amerikalı əsgərlərin sayı iyul ayından bu yana 75 faiz artaraq 35 minə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Intercept” məlumat yayıb.
“Onlar ölkə daxilində immiqrasiya əleyhinə proqramlarda iştirak edirlər. ABŞ Prezidenti Donald Trampın qərarına əsasən, ən azı beş ştatın (Arizona, Kaliforniya, Nyu-Meksiko, Texas və Florida) bir sıra şəhərlərinə quru qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Dəniz Piyadaları Korpusu və Milli Qvardiyanın əsgərləri yerləşdirilib”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.