AZ

PREZİDENT İLHAM ƏLİYEVIN VAŞİNQTON GÖRÜŞÜNÜN NƏTİCƏLƏRİ VƏ RUSİYANIN MÖVQEYİ


2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş oldu. Bu görüşün əsas məqsədi sülh prosesini sürətləndirmək, sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılması və regionda davamlı sabitliyi təmin etmək idi. Azərbaycanla Ermənistan arasında əldə edilmiş sülh razılaşmasındanvə ABŞ-nin vasitəçiliyindən Rusiya çox narahat oldu. Rusiyanın Azərbaycana münasibəti "müsbət" görünsə də, gizli təzyiqlərindən də əl çəkmir. Rusiya mediasında Azərbaycana qarşı müəyyən təbliğatlar aparılması, təyyarənin partladılması, Azərbaycan millət vəkilinin Rusiyaya buraxılmaması, Rusiyada yaşayan azərbaycanlılara qarşı müxtəlif təzyiqlər göstərilməsi, müxtəlif bəhanələrlə onların polis bölmələrinə aparılması, döyülməsi, işgəncə verilməsi faktları da var. Rusiya açıq qarşıdurmaya getməsə də, ABŞ-la Azərbaycan yaxınlaşmasından çox narahatdır. Vaşinqton görüşünün ən mühüm müddəalarından biri də ATƏT- in Minsk Qrupunun ləğv edilməsi məsələsi idi. Qarabağ müharibəsinin həlli üçün 1992-ci ildə yaradılmış bu qrupun fəaliyyətiheç bir nəticə vermədi. 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyü, 2023-cü il ildə antiterror əməliyyatı nəticəsində isə suverenliyi bərpa edildi. Minsk Qrupunun fəaliyyəti faktiki olaraq mənasızlaşdı. Vaşinqton görüşündə bu mövzu açıq şəkildə gündəmə gətirildi. Rusiya Minsk Qrupunun fəaliyyətinin başa çatmasını etiraf etsə də, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsaslanan formatın qorunmasına, Cənubi Qafqazı nüfuz altına almağa çalışır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqton görüşündə açıq şəkildə bəyan etdi ki, Minsk Qrupu tarixə qovuşub və gələcəkdə heç bir formatda geri dönə bilməz. Qarabağ münaqişəsi bitib və Minsk Qrupunun mandatı yoxdur. Vaşinqton görüşündə imzalanan sazişinən mühüm müddəalarından biri də Azərbaycanın Naxçıvanla quru əlaqəsinin təmin olunması məsələsidir. Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın deyil, bütün regionun maraqlarına xidmət edəcək. Dəhlizin istifadəsi ABŞ-nin əməkdaşlığı ilə olacaq. Rusiya Zəngəzur dəhlizinin onun iştirakı olmadanaçılmasına qarşı çıxır və dəhlizə nəzarət etməsini tələb edir. Rusiya istəyir ki, bu dəhliz açılarsa, onun üzərində rus sərhədçiləri və ya nəzarət strukturları fəaliyyət göstərsin. O bunu özünün təhlükəsizliyi baxımından etdiyini bildirir. Lakin Rusiyanın əsas məqsədi regionu nüfuzu altına salmaqdır. ABŞ-ın bu layihəni dəstəkləməsini özünə təhdid kimi görür. Prezident İlham Əliyevin Vaşinqton görüşü regionda sülh prosesinə təminat verdi. Bu nöqteyi nəzərdən ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi "Azadlığı Müdafiə Aktına 907-ci Əlavə"nin ləğv edilməsinin böyük siyasi əhəmiyyəti var. Bu əlavənin ləğv edilməsilə dünya dövlətləri Azərbaycanın ədalətli mübarizəsinin bir daha şahidi oldular. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq münasibətlər və Geosiyasət şöbəsinin elmi işçisi Mustafayeva Nigar
Seçilən
29
baki-xeber.com

1Mənbələr