AZ

VAŞİNQTON GÖRÜŞÜNDƏ QƏBUL EDİLƏN MÜDDƏALAR VƏ NƏTİCƏLƏRİ


2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda görüş keçirilmişdir. Vaşinqton görüşündə imzalanan Birgə Bəyannamədə ABŞ-Azərbaycan əlaqələri ilə yanaşı Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və digər məsələlər də öz əksini tapmışdır. 7 maddədən ibarət Birgə Bəyannamənin 1-ci müddəasına əsasən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in mətni Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən paraflandı. Sazişin imzalanması üçün Azərbaycanın tələb etdiyi şərtlərə əməl edilməlidir. Birincisi,Ermənistan Respubliksının Konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı maddələr çıxarılmalıdır. İkincisi, hər iki dövlət ATƏT-in Minsk Qrupunun ləğv edilməsi haqqında ATƏT-in sədrinə müraciət etməlidir. İkinci şərtə əməl edilməsi məsələsi Birgə Bəyannamənin ikinci müddəasındaəksini tapıb. Belə ki, hər iki dövlətin xarici işlər mazirləri ATƏT-in Minsk prosesi və onunla əlaqəli strukturların bağlanması haqqında ATƏT-in sədrinə müraciət etməlidir. Bununla bağlı məsələlərə riayət edildi və ATƏT-in Minsk Qrupu və onabağlı strukturların ləğv edilməsi haqqında sədr razılıq verdi. Birgə Bəyannamənin 3-cü maddəsi Zəngəzur dəhlizinin açılması məsələsidir. Bəyanatda göstərilmişdir ki, Zəngəzur dəhlizinin açılması həm Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək, həm də Ermənistan Respublikasının beynəlxalq və ölkədaxili əlaqələri üçün əhəmiyyət kəsb edəcək. Dəhlizin istifadəyə verilməsi ABŞ-ın əməkdaşlığı ilə olacaqdır. Birgə Bəyannamədə əks olunan müddəaların həyata keçirilməsi Cənubi Qafqazda sülh və sabitliyə doğru atılan addımdır. Vaşinqton görüşünün əhəmiyyəti bir də ondadır ki, 1992-ci ildə ABŞ Konqresinin qəbul etdiyi "Azadlığa Müdafiə Aktına 907-ci Əlavə" ləğv edildi. Ermənistanın blokadaya alınmasına əsaslanmış və Azərbaycana qarşı yardımların azalmasına yönəldilmiş "907-ci Əlavə"nin ləğv edilməsinin böyük siyasi əhəmiyyəti var. Dünya dövlətlərinə bir dahaaydın oldu ki, Azərbaycan ədalətli mübarizə aparmış, ərazi bütövlüyünü, suverenliyini bərpa etmişdir. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq münasibətlər və Geosiyasət şöbəsinin əməkdaşı Bağırzadə Lamiyyə
Seçilən
93
baki-xeber.com

1Mənbələr