AZ

Bu həbin xərçəngə gözlənilməz təsiri: TƏDQİQAT

İsveçli tədqiqatçılar müəyyən ediblər ki, aspirinin gündəlik aşağı dozası müəyyən gen mutasiyaları olan xəstələrdə əməliyyatdan sonra xərçəngə tutulma riskini iki dəfə azalda bilər.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Tədqiqatçılar aşkar ediblər ki, şiş çıxarıldıqdan sonra gündəlik aşağı dozada aspirin qəbul edən insanların növbəti üç il ərzində xərçəngə tutulma ehtimalı plasebo qəbul edənlərə nisbətən çoxdur.

Məlumata görə, hər il dünyada təxminən 2 milyon insana kolorektal xərçəng diaqnozu qoyulur. Bir çoxunun şişləri çıxarılır, lakin kimyaterapiya, radiasiya terapiyası və cərrahiyyədəki irəliləyişlərə baxmayaraq, hüceyrələr yerində qalsa, xərçəng geri qayıda bilər.

Dünyada 50 yaşdan kiçik insanlarda bağırsaq xərçəngi nisbətləri artır və səbəblər aydın olmasa da, elm adamları qeyri-sağlam pəhrizlər, piylənmə, fiziki fəaliyyətin olmaması və bağırsaq bakteriyalarının yaratdığı toksinlərin günahkar olduğunu düşünürlər.

Əvvəlki tədqiqatlar göstərib ki, aspirin Linç sindromu kimi irsi xəstəliklərin inkişaf riski yüksək olan insanlarda kolorektal xərçəngin qarşısını almağa kömək edə bilər. Bununla belə, dərmanın əməliyyatdan sonra xərçəngin təkrarlanma ehtimalını azaldıb-azalmadığı aydın deyil.

Seçilən
9
publika.az

1Mənbələr