AZ

Paşinyandan kommunikasiyaların açılması ilə bağlı SON DƏQİQƏ açıqlaması

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması Ermənistan ilə Çin arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün jurnalistlərə açıqlama verib.

Paşinyan bildirib ki, 2025-ci ilin avqustunda Çinlə strateji tərəfdaşlığın qurulması hökumətin xarici siyasətdə əldə etdiyi mühüm nailiyyətlərdən biridir.

"Ölkələrimizin işgüzar dairələri iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın dərinləşməsi üçün müsbət siyasi təkan qazanıblar. Tərəfdaşlarımız bu imkanlardan yararlanmalıdırlar", - baş nazir deyib.

O əlavə edib ki, məsafə və nəqliyyat məhdudiyyətlərinə baxmayaraq, regional infrastrukturun blokdan çıxarılması bu problemlərin əksərini aradan qaldıra bilər.

"Bu, yüklərin dəmir yolu vasitəsilə Çinə daşınması imkanlarını açacaq. Bu isə tamamilə yeni iqtisadi vəziyyətdir", - Paşinyan vurğulayıb. (musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
2
olaylar.az

3Mənbələr