AZ

Eşitdik, ŞOK OLDUQ! Millinin müdafiəçisindən tələb ediblər ki…

Millinin müdafiəçisi Höccət Haqverdinin «Turan Tovuz»u deyil, «Sumqayıt»ı seçməsinin ilginc səbəbi üzə çıxıb.

Əyalət klubunun rəsmiləri bu yay «Neftçi»dən ayrılmış arxa xətt oyunçusundan menecerini dəyişməsini tələb edib.

Tərəflər arasında danışıqların həftələrlə uzanması və yekunda nəticəsiz qalması bununla əlaqəli imiş.

Kurban Berdiyev bu keçidin gerçəkləşməsi üçün özünə xeyli əl qatıb. Baş məşqçi «Traktor»dan tanıdığı 32 yaşlı futbolçunu öz sərəncamında görmək istədiyini dəfələrlə funksionerlərin diqqətinə çatdırıb.

«Turan»ın idarəçiləri Haqverdi ilə görüşüb, müqavilə şərtlərini masaya yatırıb. Cənubi azərbaycanlı müdafiəçi aylıq 3 min dollar güzəştə getməyə razılaşıb: daha əvvəlkitək 15 min deyil, 12 min maaş istəyib.

Fəqət, Höccət uzun müddətdir çalışdığı agentin prosesdən kənarda saxlanılması təklifini yaxına buraxmayıb. O, İrandan olan meneceri ilə əlaqələrini heç bir halda kəsməyəcəyini bildirib.

Çox qəribə, həm də çox müəmmalıdır: «Turan»un yüksək ranqlı əməkdaşlarının bunda marağı nədir?

Onlar üçün fərqi nədir ki, oyunçu kiminlə çalışır? Məqsəd komandanı gücləndirməkdirsə, Azərbaycan yığmasının üzvünün Əli, yoxsa Vəli ilə işləməsinin məsələyə nə aidiyyatı?

Belə anlaşılır ki, Ehtiram Quliyevin çevrəsi Haqverdiyə başqa menecer tapıb və keçidi məhz onun vasitəsilə gerçəkləşdirmək niyyəti güdüblər.

Bunun özü də şübhə saçır - olmaya, agentə çatacaq pulun müəyyən hissəsinin bir şəkildə geri qayıtmasını umublar?

Əgər bu işin üstünün açılması İdarə Heyətinin sədrinə maraqlıdırsa, yaxşı olar ki, təhqiqata başlasın. Bəlkə doğrudan da, onun bundan xəbəri yoxdur…

SPORTİNFO.AZ

Seçilən
4
sportinfo.az

1Mənbələr