AZ

Antiterror əməliyyatı ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam olaraq bərpa etdi



Azərbaycan ordusunun həyata keçirdiyi ən möhtəşəm əməliyyatlardan biri də 2023 il sentyabr ayının 19-da, Qarabağda Antiterror əməliyyatının həyata keçirilməsidir. Hansı ki əməliyyat qısa müddətdə saatlar ərzində öz məqsədinə nail oldu və konkret tapşırıqlar üzərindən zərgər dəqiqliyi ilə həyata keçirildi. Antiterror əməliyyatının keçirilməsində məqsəd aydın idi və artıq Azərbaycan hökumətinin Ermənistan tərəfi ilə bütün imkanlarından istifadə edərək danışıqlar fonunda heç bir nəticə əldə olmadığını bildikdən sonra, onların Azərbaycan ərazisində dəstəklədiyi separatçı rejim və onların idarə etdikləri terror qruplarına silahı burxmaları ilə bağlı müraciət etməsi və danışıqlar aparması və sonda bütün bu insani davranışlar çərçivəsində edilən cəhdlərin faydasız olduğunu tam olaraq məlum olduqdan sonra antiterror əməliyyatına başlamaq qərarı almaq, artıq zərurət olduğunu göstərdi və Azərbaycan özünün suveren dövlət hüquqlarını ölkənin bütün ərazisilərində olduğu kimi Qarabağda da bərpa etmək məqsədilə, o möhtəşəm tarixi antiterror əməliyyatını həyata keçirdi. Çünki erməni terrorçularının günahsız vətəndaşlarımızın artıq ölümünə səbəb olan əməllərinə nə dözmək mümkün idi, nə də ki buna imkan vermək olmazdı. Bu səbəbdən, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə ölkənin Qarabağ bölgəsində, Azərbaycan ordusu tərəfindən lokal antiterror əməliyyatı həyata kecirildi və Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam olaraq bərpa etdi.

Çingiz Şahbazi, siyasi ekspert
Seçilən
22
1
newscenter.az

2Mənbələr