AZ

Sinif yoldaşını öldürən yeniyetməyə 7 il 6 ay həbs verildi

Ajans.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. A.Abbasov cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək. Xatırladaq hadisə ötən ilin oktyabr ayında baş verib. İttihama görə, A.Abbasov və İ.Abdullayev arasında bir-birilərinə qarşı nalayiq ifadələr işlətdiklərinə görə münaqişə yaranıb. Bu zaman A. Abbasov İ.Abdullayevə bıçaqla xəsarət yetirib. Bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan İ. Abdullayev ölüb.

A.Abbasov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Seçilən
72
4
Ajans.az

10Mənbələr