AZ

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyanın Baş naziri Ənvər İbrahim ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyanın Baş naziri Ənvər İbrahim ilə görüşüb.

XQ xəbər verir ki, Baş nazir Ənvər İbrahim Azərbaycan parlamentinin spikerini salamlayaraq, AİPA- nın 46-cı Baş Assambleyasının əhəmiyyətini qeyd edib və tədbirdə iştirakına görə Milli Məclisin sədrinə təşəkkürünü bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

Söhbət zamanı Baş nazir Azərbaycanın dinamik inkişafını izlədiklərini söyləyib, Azərbaycanın əldə etdiyi uğurların, xüsusən iqtisadi tərəqqinin, beynəlxalq nüfuzunun artmasının Malayziyanı sevindirdiyini bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanla Malayziya arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib. Ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.

Görüşdə parlamentlərimiz arasında əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlər, parlament üzvlərinin birgə fəaliyyəti ilə yanaşı, parlamentlərimizin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Asiya Parlament Assambleyası kimi parlamentlərarası təşkilatlar çərçivəsində müsbət əməkdaşlığı da xüsusi vurğulanıb.

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən nəhəng layihələr, keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılması istiqamətində görülən işlər haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Seçilən
12
22
xalqqazeti.az

10Mənbələr