AZ

Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza verildi

ain.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda II Liqanın II turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

15.09.2025-ci il tarixində II Liqada II turun “Ağdaş” – “Şirvan” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

15.09.2025-ci il tarixində II Liqada II turun “Ağdaş” – “Şirvan” oyununun 69-cu dəqiqəsində “Ağdaş” komandasının heyətində 21 nömrəli futbolçu Eşqin Vəliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Ağdaş” komandası 50 manat cərimə edilsin (maddə 17.7);

15.09.2025-ci il tarixində II Liqada II turun “Ağdaş” – “Şirvan” oyununda stadionun otaqlarında oyun günü planı olmadığına görə “Ağdaş komandası” 100 manat cərimə edilsin (61.2);

15.09.2025-ci il tarixində II Liqada II turun “Ağdaş” – “Şirvan” oyununda “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyununun 62-ci dəqiqəsində “Kür-Araz” komandasının heyətində 9 nömrəli futbolçu Elxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (52.4);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının heyətində 14 nömrəli futbolçu Elnur Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (52.4);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının heyətində 3 nömrəli futbolçu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (52.4);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının vitse-prezidenti Rasim Yıldız hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Göygöl” komandasının azarkeşləri meydançaya daxil olduğuna görə “Göygöl” komandası 250 manat cərimə edilsin (maddə 86.3);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyununda stadionun otaqlarında oyun günü planı olmadığına görə “Göygöl” komandası 100 manat cərimə edilsin (61.2);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyununda topdaşıyanlar davranış qaydalarını pozduğuna görə “Göygöl” komandası 150 manat cərimə edilsin (maddə 59.2).

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
4
sportal.az

10Mənbələr