AZ

Putin tapşırdı, Lavrov elan etdi: Rusiya hərbi zərbə endirə bilər – “Gizli silah” detalı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrini hədələyib. O bildirib ki, Avropa Ukraynaya öz qoşunlarını göndərməyi düşünür və bu, legitim hərbi hədəf sayılacaq. Bununla yanaşı, 26 ölkənin Ukraynanın təhlükəsizliyinə zəmanət verməyə hazır olduğu bildirilib.

Bəziləri Rusiyanın hazırkı vəziyyətdə genişmiqyaslı müharibə aparacaq hərbi gücə malik olmadığını, digərləri isə Putinin “gizli silahının” mövcudluğunu vurğulayır.

Bəs Rusiya lideri və Avropa ölkələri hərbi toqquşmaya hazırdırmı?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya Prezidenti Vladimir Putin sözün əsl mənasında sərhədləri zorlayır:

“Bir təfəkkür ki, NATO ölkəsi olan Polşaya təxribat xarakterli dron hücumu edir, bütün riskləri gözə alır, deməli, o, digər NATO ölkələrinə də hücum edə bilər. Ona görə Lavrovun Putinin dili ilə səsləndirdiyi fikirlər ciddi qəbul edilməlidir.

Avropa dövlətlərinin Ukraynaya hərbçi göndərmək niyyəti yoxdur. Bu məsələ tez-tez müzakirə olunur, lakin konkret qərar verilməyib. Avropada bu cür qərarlar asanlıqla qəbul edilmir.

Məsələn, buna bənzər başqa bir məsələRusiyanın Avropa banklarında dondurulan vəsaitlərinin Ukraynaya verilməsi — çoxdan reallaşmalı idi. Ancaq bu mövzu hələ də müzakirə mərhələsindədir və yekdil qərar verilməyib”.

elxan
Elxan Şahinoğlu

Politoloq qeyd edib ki, Polşaya hərbçilərin göndərilməsi məsələsi də hələlik yalnız müzakirə səviyyəsindədir:

“Şəxsən mən inanmıram ki, müharibə davam etdiyi bir vaxtda Avropa ölkələri Ukraynaya öz hərbçilərini göndərsin. Avropa gözləyir ki, müharibə dayansın, atəşkəs əldə edilsin. Ondan sonra Ukraynaya hansı formada hərbçi göndərilməsi məsələsi müzakirə olunub qərara bağlana bilər.

Putin və Lavrov indidən Avropanı təhdid edirlər ki, Ukrayna ilə bağlı konkret hədəfləri var. Bu isə o deməkdir ki, həmin hədəflərə çatmadan Rusiyanın Ukraynadakı hərbi varlığı dayandırılmayacaq”.

Seçilən
35
1
turkustan.az

2Mənbələr