Bakı. Trend:
300 metr ölçüsündə olan “2025FA22” asteroidi Yerdən yan keçib vəhal-hazırda planetimizdən uzaqlaşmaqdadır.
Trend xəbər verirki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Kosmik Tədqiqatlarİnsitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri SergeyBoqaçyov danışıb.
“Planet üçün potensial təhlükəli kosmik cisimlərin siyahısınadaxil olmuş 130 x 290 metr ölçüsündə olan “2025 FA22” asteroidi bugün 10.41-də (Bakı vaxtı ilə 11:41-də) Yer və Aydan yan keçib”,-deyə alim bildirib.
Bundan əvvəl alimlər asteroidin Yerə ən yaxın məsafəyə qədəryaxınlaşacağını elan etmişdilər.