Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Sərhədçi” heyətinə daha bir əcnəbi basketbolçu qatıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriya əsilli İngiltərədən olan Abiodun Abedo komandanın heyətinə cəlb olunub.
198 sm boya malik oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
24 yaşlı Abiodun Abedo son olara İngiltərədə “Montana Western” klubunda çıxış edib.