AZ

Boyu 150 sm dan qısa olanlara sürücülük qadağası

ain.az, Saglamolun saytına istinadən bildirir.

SİNİR XƏSTƏLƏRİNƏ DƏ MAŞIN SÜRMƏK QADAĞANDIR Boyu 150 sm-dən qısa olan şəxslər sürücülük vəsiqəsi ala bilməyəcəklər. Səbəb yollarda təhlükəsizliyin təmin edilməsi ilə izah olunur. Qanun sentyabr ayından etibarən Rusiya Federasiyasında qüvvəyə minib. Bundan əlavə, əks göstərişlərin siyahısına ağır psixi pozuntular, sinir sistemi xəstəlikləri, o cümlədən epilepsiyası olanlar da daxildir. Eşitmə və vestibulyar pozuntular, bir gözdə ən azı 0,6, digərində isə 0,2 görmə faizi, həmçinin bir gözün tam korluğu indi bütün kateqoriyalar üçün sürücülük vəsiqəsi almağa mütləq əks göstərişdir.Bununla belə, aşağı ətrafların amputasiyası olan insanlar üçün hələ də güzəştlər var - əgər onların əl ilə idarə olunan uyğunlaşdırılmış avtomobili varsa, onlar nəqliyyat vasitəsini idarə edə biləcəklər, deyə qanunda bildirilir.

Saglamolun.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
saglamolun.az

1Mənbələr