AZ

NATO Rusiya sərhədi yaxınlığında genişmiqyaslı təlimlərə BAŞLADI

Estoniya ərazisində NATO-nun “Pikne” (İldırım) adlı hərbi təlimləri başlayıb.

Musavat.com xəbər verir ki, təlimlər iki həftə davam edəcək və Estoniya, Latviya, ABŞ, Fransa, Böyük Britaniya və Kanadadan gələn hərbi birliklərin iştirakı ilə keçirilir.

Təlimin komandiri polkovnik Janno Markan bildirib ki, NATO qüvvələri amfibiya əməliyyatları, paraşütlə tullanmalar və müxtəlif taktiki manevrlər üzrə məşqlər həyata keçirəcək.

Təlimlər Nursipalu və Rutja poliqonlarında döyüş atışlı məşqləri ilə yekunlaşacaq.

Polkovnik Markan vurğulayıb ki, əsas əməliyyatlar Estoniyanın qərb, şimal, şimal-şərq və cənub-şərq bölgələrində, Rusiya sərhədi yaxınlığında aparılacaq. Təlimlərin məqsədi NATO qüvvələrinin sərhəd təhlükəsizliyi və ərazi müdafiəsi üzrə hazırlığını artırmaqdır.

Hərbi analitiklər qeyd edirlər ki, bu tip təlimlər Rusiya ilə sərhəd bölgələrində hərbi mövcudluğu nümayiş etdirməklə yanaşı, NATO üzv ölkələrinin qarşılıqlı hərbi koordinasiyasını gücləndirir.

Musavat.com

Seçilən
6
1
musavat.com

2Mənbələr