AZ

"Kür-Araz"ın hücumçusu 4 oyunluq cəzalandırıldı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Operativ Media xəbər verir ki, toplantıda II Liqanın II turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

15.09.2025-ci il tarixində II Liqada II turun “Ağdaş” – “Şirvan” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

15.09.2025-ci il tarixində II Liqada II turun “Ağdaş” – “Şirvan” oyununun 69-cu dəqiqəsində “Ağdaş” komandasının heyətində 21 nömrəli futbolçu Eşqin Vəliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Ağdaş” komandası 50 manat cərimə edilsin (maddə 17.7);

15.09.2025-ci il tarixində II Liqada II turun “Ağdaş” – “Şirvan” oyununda stadionun otaqlarında oyun günü planı olmadığına görə “Ağdaş komandası” 100 manat cərimə edilsin (61.2);

15.09.2025-ci il tarixində II Liqada II turun “Ağdaş” – “Şirvan” oyununda “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyununun 62-ci dəqiqəsində “Kür-Araz” komandasının heyətində 9 nömrəli futbolçu Elxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (52.4);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının heyətində 14 nömrəli futbolçu Elnur Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (52.4);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının heyətində 3 nömrəli futbolçu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (52.4);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının vitse-prezidenti Rasim Yıldız hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyunu bitdikdən sonra “Göygöl” komandasının azarkeşləri meydançaya daxil olduğuna görə “Göygöl” komandası 250 manat cərimə edilsin (maddə 86.3);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyununda stadionun otaqlarında oyun günü planı olmadığına görə “Göygöl” komandası 100 manat cərimə edilsin (61.2);

16.09.2025-ci il tarixində II Liqada II turun “Göygöl” – “Kür-Araz” oyununda topdaşıyanlar davranış qaydalarını pozduğuna görə “Göygöl” komandası 150 manat cərimə edilsin (maddə 59.2).

Seçilən
25
3
operativmedia.az

10Mənbələr