ABŞ Prezidenti Donald Trampın Albaniya ilə Ermənistanı qarışıq salması məni narahat etmir.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu o demək deyil ki, ABŞ prezidenti iki ölkə arasındakı fərqi bilmir”, – o bildirib.
Paşinyan qeyd edib ki, özü də tez-tez çaşqınlıq yaşayır.
Qeyd edək ki, Tramp son açıqlamasında Azərbaycanla Ermənistan əvəzinə “Azərbaycanla Albaniya arasında sülhdən” bəhs etmişdi.