AZ

Xəstəxanaya yerləşdirilən aktrisanın SON VƏZİYYƏTİ AÇIQLANDI

Ötən gün ürəyi gedərək xəstəxanaya yerləşdirilən aktrisa Ahu Yağtunun son vəziyyəti açıqlanıb.

BAKU.WS xəbər verir ki, edilən müayinələrdən sonra ona "Beyin anevrizması" (Anevrizma qan damarlarının divarlarının zəifliyindən qaynaqlanan damarlarda cəmləşən şişlərdir) diaqnozu qoyulub.

Hazırda isə vəziyyəti yaxşıdır.

"Dünən xəstəxanaya yerləşdirilən aktrisa Ahu Yağtu dərhal müalicə altına alınıb. Bütün müayinələrdən sonra onda beyin anevrizması aşkar edilib. Hazırda onun səhhəti yaxşıdır, müalicəsinə başlanılıb" - deyə aktrisanın çalışdığı şirkət məlumat yayıb.

Xatırladaq ki, Ahu Yağtu 1978-ci ildə İzmir doğulub. O 14 yaşında modellik etməyə başlayıb və 1993-cü ildə peşəkar model olub.

Daha sonra aktrisalıq karyerasına başladı, eyni zamanda stil məsləhətçisi kimi də çalışıb. İlk dəfə 22 yaşında Doğan Akçura ilə ailə qurub. Daha sonra isə 2012-ci ildə komediyaçı Cem Yılmazla evlənib. Cütlüyün Kemal adlı oğlu dünyaya gəlib. Hazərda isə Ahu Yağtu subaydır.

Seçilən
44
far.az

1Mənbələr