Kanadalı şahmatçısı, qadınlar arasında FİDE ustası Aleksandra Botez beş dəfə Kanada qızlar çempionu olub və Stanfordda təhsil alıb.
Publika.az xəbər verir ki, o, 5 dil bilir və Stanford şahmat klubunun ilk qadın prezidenti kimi seçilib.
Bütün bunlara baxmayaraq, Aleksandra məşhur və qalmaqallı "OnlyFans" saytında hesab açmaq qərarına gəlib. Amma Botez çox ağıllı hərəkət edib: "OnlyFans" hesabını mat vəziyyətlərinin videoları ilə doldurub və nəticədə hesab ən yaxşı müəlliflər siyahısına düşüb!
Üstəlik, onun heç bir bikinili şəkil yoxdur. Bu, hər kəsin təəccübünə və marağına səbəb olub.