AZ

Bu ölkə ermənilərə 14 milyon avro ayırdı

Hollandiya Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana könüllü köçmüş ermənilər üçün 14 milyon avro ayıracaq.

Milli.Az xəbər verir ki, bu barədə razılıq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Hollandiyaya səfəri zamanı əldə olunub.

Van Wielin sözlərinə görə, vəsait köçkünləri əlverişli mənzillə təmin etmək üçün yönəldiləcək:

"Bu gün həmçinin elan edildi ki, Niderlandlar Qarabağdan gələn qaçqınların əlçatan mənzillə təmin edilməsi üçün Qlobal İmtiyazlı Maliyyələşdirmə Fondu vasitəsilə 14 milyon avro təqdim edəcək".

O, bu açıqlamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşünün nəticələrini şərh edərkən verib. 

Fidan
Milli.Az

Seçilən
17
milli.az

1Mənbələr