AZ

"Taliban"dan internetlə bağlı qərardan sonra daha bir qadağa gəldi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Əfqanıstanda "Taliban" hərəkatının lideri Heybətulla Axundzadə dövlət qulluqçularına iş vaxtı smartfonlardan istifadəni qadağan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Tolo News" portalı məlumat yayıb.
Bildirilir ki, qərar dövlət müəssisələrində yüksəksürətli və simsiz internetin söndürülməsi ilə bağlı əvvəlki sərəncamdan sonra qəbul olunub. Qadağanın yaxın günlərdə qüvvəyə minməsi gözlənilir.
Mənbələrin sözlərinə görə, bu addımın əsas məqsədi əməkdaşların internetdən qeyri-müvafiq istifadə etməsinin və etik olmayan kontentə baxmasının qarşısını almaqdır.
Xatırladaq ki, Əfqanıstanın ali lideri bundan əvvəl Bəlx əyalətində "əxlaqsızlığın qarşısını almaq üçün" fiber-optik interneti qadağan edib. Məhdudiyyətlər nəticəsində Bəlxdə dövlət qurumları, özəl sektor və yaşayış evləri "Wi-Fi"dan məhrum olub. Mediada yayılan məlumata görə, Bəlxdən başqa Qəndəhar, Uruzqan, Hilmand və Nimroz əyalətlərində də internet kəsilib.
Seçilən
21
2
oxu.az

3Mənbələr