Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan Hökumətinin azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri heyranedicidir.
APA xəbər verir ki, bunu Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos Ağdamda jurnalistlərə açıqlamasında deyib.
“Qarabağda, Ağdamda olmağımdan çox təsirlənmişəm. Sizin ölkənizin uzun illər boyu müharibədən əziyyət çəkmiş bu ərazini tikib-qurması inanılmazdır. Mən sizin hökumətinizin insanların buralara qayıtması üçün yeni şəhərlər ərsəyə gətirmək cəsarətinə heyran qalmışam. Bir neçə məsələni vurğulamaq istərdim. Birincisi, heç bir müharibə yaxşı deyil. Müharibə insanların həyatını məhv edir. Müharibə həmişə acı nəticələrlə və dərin yaralarla dolu olur. İkincisi, əgər siz sülh tərəfdarısınızsa, müharibəni dayandırmalı və sülh üçün bir iş görməlisiz. Bu da Azərbaycan və Ermənistanın etdiyi bir şeydir. Üçüncüsü isə budur ki, Avropa İttifaqı bu məsələdə kömək etməyə hazırdır”, - Aİ komissarı vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.