“Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaq istəkləri onun Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzrə öhdəlikləri ilə ziddiyyət təşkil etmir”.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin müvafiq bəyanatları sadəcə olaraq siyasi bəyanatlardır.
Aqasandyan bildirib ki, ölkə eyni vaxtda hər iki təşkilata üzv ola bilməz.
"Ermənistanın hazırkı hərəkətləri onun Aİİ öhdəliklərinə zidd deyil. Biz əməli addımları izləməyə davam edəcəyik. Heç kim Ermənistana digər ölkələrlə əməkdaşlığa qadağa qoymur. Əsas odur ki, belə əməkdaşlıq onun İttifaq daxilindəki öhdəliklərinə zidd deyil", - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az