AZ

Ukrayna parlamenti orta məktəblərin təhlükəsizliyini gücləndirən qanun layihəsi qəbul edib

Kiyev, 18 sentyabr, AZƏRTAC

Ukrayna Ali Radası ölkə məktəblərində təhlükəsizliyi gücləndirmək üçün qanun layihəsinə dəyişiklikləri qəbul edib.

AZƏRTAC Radanın saytına istinadla xəbər verir ki, qanun layihəsinə edilən dəyişiklərə görə, məktəb əraziləri dəqiq müəyyən ediləcək və məktəb ərazilərinə daxil olmaq üçün kimlərə icazə verilib-verilməməsi ilə bağlı qaydalar müəyyən ediləcək. İstənilən pozuntular müvafiq cəzalara məruz qalacaq.

Həmçinin, hər bir məktəbdə dərhal hüquq-mühafizə orqanlarını çağırmaq üçün panika düyməsi quraşdırılacaq. İstər alkoqol, istərsə də narkotik təsiri altında olan şagirdlərin məktəblərə daxil olması qadağan olunacaq. Silah və ya təhlükəli əşya daşıyanlara da qadağa qoyulacaq.

Məktəb ərazisinə keçmişdə cinayət törətmiş, həmçinin əvvəllər zorakılıqda ittiham olunan şəxslərin daxil olmasına icazə verilməyəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
14
2
azertag.az

3Mənbələr