AZ

Türkiyə Mərkəzi Bankı ilə beynəlxalq təcrübələrin tətbiqi müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Türkiyə Mərkəzi Bankında işgüzar səfərdə olub.

AMB-dan FED.az-a bildirilib ki, səfər çərçivəsində keçirilmiş görüşlərdə Azərbaycan Mərkəzi Bankının büdcə planlaması və onun idarə edilməsi prosesi, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə innovasiyaların tətbiqi və daxili nəzarətin təkmilləşdirilməsi kimi sahələr üzrə interaktiv təqdimatlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin beynəlxalq təcrübələrin tətbiqi, mövcud və yenilənmiş sistemlərdən istifadənin effektivliyi və digər ikitərəfli maraq doğuran mövzular ətrafında faydalı və konstruktiv müzakirələr keçirilib.

Seçilən
7
4
fed.az

6Mənbələr