AZ

Müğənninin avtomobilində tapılan meyitin kimliyi bəlli oldu FOTO

ain.az, Milli.az saytına istinadən bildirir.

Amerikalı müğənni D4vd-nin (David Anthony Burke) Los-Ancelesdəki avtomobilində tapılan cəsədin kimliyi müəyyənləşib. 

Milli.Az xəbər verir ki, polis parçalanmış meyitin uzun müddət itkin düşən 15 yaşlı Selest Rivasa aid olduğunu təsdiqləyib. Rivasın 2024-cü ilin aprelindən bəri axtarışda olduğu bildirilir. Koronerin ilkin hesabatına görə, cəsəd ciddi şəkildə parçalanmış vəziyyətdə tapılıb, lakin ölüm səbəbi hələ məlum deyil.

Müğənninin "Tesla" markalı avtomobili Hollivud təpələrində tərk edilmiş halda dayanacağa aparıldıqdan bir neçə gün sonra üfunət qoxusu gəlməsi ilə araşdırılıb və cəsəd aşkarlanıb.

Məlumata görə, D4vd hadisə ilə birbaşa bağlı deyil və nəqliyyat vasitəsinin başqaları tərəfindən istifadə oluna biləcəyi versiyası araşdırılır. 

Hadisədən sonra sənətçinin Sietldə keçirilməsi planlaşdırılan konserti ləğv olunub. Los-Anceles Polis İdarəsi araşdırmanı davam etdirir.

Fidan

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
news.milli.az

2Mənbələr