Sabah İmişli rayonunun dörd kəndində qaz təchizatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilir ki, diametri 200 mm-lik "Qaraqaşlı kənd" ortatəzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı aparılacaq.
Bu məqsədlə sentyabrın 19-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Xoşçobanlı, Murğuzallı, Mürsəlli və Qaraqaşlı kəndlərində (ümumi 912 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.