BAKI, 18 sentyabr. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarını və vitse-prezidentlərini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Qəbul TDT-yə üzv dövlətlərin hökumət başçılarının və vitse-prezidentlərinin Bişkekdə keçiriləcək görüşü çərçivəsində baş tutub.