AZ

Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1.7 mlrd. dollara çatıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 1 milyard 666 milyon 262 min ABŞ dollarına bərabər olub.

 Dövlət Gömrük Komitəsinin hesabatına görə, cari ilin ilk ayında yeyinti məhsulları üzrə idxalın dəyəri ötən ilin analoji dövrünə nisbətən 8.6% çoxdur.

    Yanvar-avqust aylarında qida məhsullarının ümumi ölkə idxalında çəkisi 11.07% təşkil edib.

    Hesabat dövründə ölkəyə 63 milyon 240 min ABŞ dolları dəyərində 28 184 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər baxımından 19.9%, həcm göstəricisi üzrə isə 20.7% azdır.

    Cari ilin yanvar-avqust ayları ərzində ölkəyə 18 milyon 379 min ABŞ dolları dəyərində ( 21.2% çox10 602 ton (15çox) süd idxal olunub.

    Ölkəyə həmçinin 124 milyon 127 min ABŞ dolları (20.1% çox) dəyərində 18 127 ton (5.4% azalıb) kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub.

    apa

    Seçilən
    13
    1
    banco.az

    2Mənbələr