AZ

Ramada brendinin Gəncədəki yeganə oteli fəaliyyətini yenidən bərpa edir

Marja.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanın ikinci ən böyük şəhərinin mərkəzində yerləşən beynəlxalq Ramada brendinin Gəncədəki yeganə oteli – Ramada Plaza Gəncə fəaliyyətini yenidən bərpa edir.

Marja.az-ın əldə etdiyi məlumata görı, müasir dizaynı və dünya miqyasında tanınan yüksək xidmət keyfiyyəti ilə seçilən otel şəhərə gələn qonaqların ixtiyarına verilir.

Otel 181 otaqdan ibarətdir və müxtəlif seçimlər təqdim edir – standart otaqlardan başlayaraq geniş lyuks otaqlar və villalara qədər. İstər işgüzar səfərlər, istərsə də ailəvi istirahət üçün nəzərdə tutulmuş otaqlar kondisioner, mini-bar, qəhvə aparatı və sürətli Wi-Fi ilə təmin olunub.

Otelin restoranlarında milli və beynəlxalq mətbəxin zəngin çeşidi təqdim olunur. Hovuz barı isə günün sonunda Gəncə mənzərəsi fonunda istirahət üçün ideal məkandır. Hovuz ətrafı həmçinin açıq havada müxtəlif tədbirlərin təşkili üçün imkan yaradır – istər kiçik görüşlər, istərsə də xüsusi qonaqlıqlar üçün. Aktiv istirahətə üstünlük verənlər üçün fitness mərkəzi, açıq və qapalı hovuzlar, sauna və bilyard zalı fəaliyyət göstərir. Əlavə rahatlıq məqsədilə geniş avtodayanacaq, 24 saat fəaliyyət göstərən “room-service” və camaşırxana xidmətləri təqdim olunur.

"Ramada Plaza Gənc" işgüzar tədbirlər üçün də əlverişli imkanlar yaradır. Müasir konfrans zalları, iclas otaqları və geniş “Murov” tədbirlər zalı müxtəlif görüşlərin, forumların və korporativ tədbirlərin keçirilməsi üçün zəruri şəraiti təmin edir. Otelin əlverişli yerləşməsi şəhərin əsas görməli yerlərinə yaxın olmaqla, Gəncəni kəşf etmək istəyən qonaqlar üçün də üstünlük yaradır.

Qeyd edək ki, 7 oktyabr tarixindən etibarən girişlə bütün rezervasiyalara 15% endirim tətbiq olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
2
marja.az

3Mənbələr