AZ

Putinə ÜSYAN EDƏN adamdan SENSASİON İSTEFA: Kreml ÇALXALANIR – CANLI

Kreml Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın istefa verdiyini təsdiqləyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kozakın könüllü olaraq istefa verdiyini deyib. O, bununla bağlı Kremlin hələ fərman dərc etmədiyini açıqlayıb.

Xatırladaq ki, “The New York Times“ avqustun əvvəlində öz mənbələrinə istinadən yazıb ki, hələ 2022-ci ildə Kozak prezident Vladimir Putinə Ukraynaya qoşun yeritməməyi tövsiyə edib və 2025-ci ildə o, sülh danışıqlarına başlamağı və Rusiyada daxili islahatlar aparmağı, o cümlədən təhlükəsizlik qüvvələrini hökumətə tabe etməyi təklif edib.
ABŞ-nin Müharibə Araşdırma İnstitutu (ISW) isə öz hesabatında Kozakın administrasiyadan gedişini Vladimir Putinlə fikir ayrılığı ilə əlaqələndirir. ISW-nin təhlilinə görə, ehtimal ki, Kozak Ukraynaya qarşı müharibə ilə bağlı bir neçə ildir ki, Vladimir Putinlə razılaşmadığı üçün işdən çıxarılıb: “Putinin hərbi əməliyyatların dayandırılmasını müdafiə edən yaxın adamlarından birindən(Kozakdan-red.) yaxa qurtarmaq qərarı, Rusiya liderinin və onun tərəfdarlarının müharibənin davam etdirilməsi və maksimalist tələblərdən əl çəkməmək məsələsində birləşdiyini göstərir”.

Rusiya mətbuatının yazdığına görə, Kozak artıq bir neçə gün əvvəl “istefa verib” və bizneslə məşğul olmaq təkliflərini nəzərdən keçirir.

Xatırladaq ki, Kozak Rusiya Təhlükəsizlik Şurasının 21 fevral 2022-ci il tarixli iclasında Ukraynaya tammiqyaslı işğala qarşı çıxan yeganə iştirakçı olub. Müharibənin əvvəlində o, Kiyevlə danışıqlarda iştirak edərək, Ukraynanın NATO-ya üzvlüyünü istisna edən saziş təklif edib. Lakin Putin bu təşəbbüsü rədd edərək Ukrayna ərazilərini ilhaq etmək qərarına gəlib.

Qərb və Rusiya mənbələri dəfələrlə yazıb ki, son aylarda Kozak Putinə hərbi əməliyyatları dayandırmağı və sülh danışıqlarına başlamağı tövsiyə edib. Lakin bu tövsiyələr bir tərəfdən qəbul edilməyib, digər tərəfdən isə Kozakın Kremldəki nüfuzunu kəskin şəkildə azaldıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Mehman İsmayılovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

 

Seçilən
21
musavat.com

1Mənbələr