AZ

Avropa "Taliban"la rəsmi əlaqələri genişləndirir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa ölkələri dörd il əvvəl Əfqanıstanda hakimiyyətə gələn hərəkat üçün Qərbə diplomatik qapılar açaraq, "Taliban" nümayəndələri ilə rəsmi əlaqələri xeyli genişləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.
Onların fikrincə, Qərb hökumətləri və siyasətçiləri qeyri-qanuni miqrantların repatriasiyası məsələsini həll etmək üçün Kabillə daha çox əlaqə qurmağa çalışırlar. Almaniya, İsveçrə və Avstriya da daxil olmaqla Avropa ölkələri repatriasiyanı asanlaşdırmaq üçün bu il Əfqanıstana nümayəndə heyətləri göndərib və ya "Taliban" nümayəndələrini öz ərazisində qəbul ediblər.
Kabildə yerləşən Beynəlxalq Böhran Qrupunun aparıcı analitiki İbrahim Bahissin fikrincə, "Taliban" qlobal siyasi düzənlə çox maraqlanır və buna can atır. O qeyd edib ki, razılaşmaların əldə edilməsi üçün zəruri olan rəsmi təmaslar hərəkatı qlobal sistemə getdikcə daha çox inteqrasiya edən mikroqələbələrdir.
Xatırladaq ki, Əfqanıstan İslam Əmirliyini rəsmən tanıyan ilk ölkə Rusiya olub.
Seçilən
20
2
oxu.az

3Mənbələr