Növbəti ildən fiziki şəxslər gəlir vergisi ödəyəcəklər. Bəs bu dəyişiklik maaşlara necə təsir göstərəcək?
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Demokrat.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, fiziki şəxslərdən gəlir vergisinin tutulmasının bərpası özəl sektora aiddir:
“7 il əvvəl dövlət sektorunda yox, özəl sektorda fiziki şəxslərdən gəlir vergisinin tutulmasının 7 il müddətinə ləğv olunması ilə bağlı qərar qəbul edilmişdi. İndi o müddət başa çatacaq. Dövlət sektorunda bu vergi onsuz da ödənilirdi. Bu, özəl sektorda fiziki şəxslərdən gəlir vergisinin çıxılması ilə nəticələnəcək — yəni maaşlarda cüzi azalma qeydə alınacaq.
Bəziləri qarışdırırlar və hesab edirlər ki, DSMF-nin ayırdığı məbləğlər də azalacaq, amma yox, bunun o ödənişlərə heç bir aidiyyəti yoxdur”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta