AZ

Teymur Rəcəbov Həmilton və Leklerlə şahmat oynayıb - FOTO

Azərbaycanlı məşhur şahmatçı Teymur Rəcəbov Bakıda keçiriləcək Qran-Pri öncəsi Formula -1 pilotları Şarl Lekler və Luis Həmiltonla görüşüb.

İdman.biz xəbər verir ki, bu barədə öz İnstagram hesabında paylaşım edib.

Qrossmeyster “Ferrari” komandasının məşhur üzvləri ilə şahmat oynayıb.

Qeyd edək ki, Rəcəbov, həmçinin pilotlara üzərində şahmat taxtasının rəsmi olan xalça hədiyyə verib.

İdman.biz

Seçilən
21
4
idman.biz

6Mənbələr