Əməkdar artist Bəsdi Sevdiyeva bəzi yeni ifaçılara əsəbiləşib.
"Hansısa müğənni çıxıb oxuyur. Elə bir sənətkarın adını çəkir ki... Deyir, onun sinfini bitirmişəm. Nəhəng sənətkar həyatda yoxdur. Axı səndə ondan bir faiz əsər-əlamət yoxdur. Ağzına gələni oxuyur, filankəsin tələbəsi olduğunu deyir. Mən xəcalət çəkirəm onun adını çəkəndə. Axı filankəs nəhəng sənətkardır. Elə-belə tələbəsi ola bilər".