Sea Breeze
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün növbəti maarifləndirici tədbirini İmişlidə təşkil edib. Tədbir “Uşaqların əmək hüquqları, məcburi əmək və insan alverinin qarşısının alınması” mövzularına həsr olunub.Maarifləndirmə tədbirində Nazirliyin və ictimai birliklərin nümayəndələri, həmçinin Xidmətin Mil-Muğan regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektoru təmsil edən 100-dən çox işəgötürən və onların nümayəndələri iştirak ediblər.Çıxışlarda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi olaraq təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunulub, uşaqların əmək hüquqlarının qorunması, məcburi əməyin və insan alverinin qarşısının alınması istiqamətində görülən tədbirlərin vacibliyi vurğulanıb.Sonda iştirakçıların mövzularla bağlı sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.
ETX
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX