AZ

"Qarabağ"ın belə bir addım atacağını gözləmirdilər, dəli oldular! - VİDEO

“İlk dəqiqələrdən rəqibin Bəhlul Mustafazadəyə qarşı pressinq var idi.

Hansı ki, bu basqı ilə müdafiə xəttində çaşqınlıq yaratmaq istəyirdilər.

Bu, 2:0-a qədərki bölümdə nəticəsini göstərdi. Təxminən 22-ci dəqiqədən sonra dönüş nöqtəsi yarandı, daha rahat oynamağa başladıq, basqını qırdıq.

Görülən iş futbolçularda motivasiya yaratdı. Yəni, topa daha çox sahib olduqca, tapşırıqları icra etdikcə, əminlik daha da artdı.

Yəni, mental üstünlüyü ələ aldıqdan sonra futbolçuların və sistemin də keyfiyyəti önə çıxır. “Benfika” yaşadılan şokdan çıxa bilmədi”.

Bu açıqlama futbol mütəxəssisi Azər Bağırova məxsusdur.

O, “Sportinfo TV”də yayımlanan və Elçin Cəfərovun aparıcısı olduğu “Avropa həftəsi” verilişində çıxış edib.

Qonaq “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində səfərdə “Benfika”ya qalib gəldiyi oyun (3:2) barədə danışıb.

Müzakirələr zamanı Ağdam klubunun taktiki gedişlərinə də toxunan Bağırov maraqlı nüanslara diqqət çəkib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
16
sportinfo.az

1Mənbələr