AZ

Narkomanların İİV-ə yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur

Bakı. Trend:

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə(Respublika Narkoloji Mərkəzində 285, QİÇS-lə Mübarizə Mərkəzində321, Sumqayıt Narkoloji Mərkəzində 134 nəfər) 740 xəstə müalicəalır.

Trend xəbər verir ki, bu barədə Narkomanlığa vəNarkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrəDövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupununməlumatında qeyd edilib.

Bildirilib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyiməlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığıVirusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidəolunur:

"2025-ci ilin avqust ayının sonuna kimi aşkarlanmış İİV-əyoluxmuş Azərbaycan vətəndaşları arasında 42 (5%) nəfəri inyeksonnarkotik istifadəçiləri olub.

2025 ilin yanvar-avqust ayları ərzində “802” qaynar xətt telefonzəng xidmətinə 762 vətəndaş müraciəti daxil olmuşdur ki, onların82-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 46-sı narkotikasılılıqdan müalicə, 634-ü isə digər məsələlərlə (təkrar müraciət,qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dairprosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiqtədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 128 məktubünvanlanıb".

Seçilən
18
2
az.trend.az

1Mənbələr