Bakı.Trend:
Böyük Britaniyada üç nəfər Rusiyanın kəşfiyyat orqanlarınayardım etməkdə şübhəli bilinərək saxlanılıb.
Trend xariciKİV-lərə istinadən xəbər verir ki, bu barədə Skotland-Yardınaçıqlamasında qeyd olunur.
Məlumata görə, 41 yaşlı kişi və 35 yaşlı qadın Esseksqraflığının Qreys şəhərində, yaşadıqları ünvanda, 46 yaşlı başqabir kişi isə Qreysdə fərqli ünvanda saxlanılıb.
Onların hər üçü 2023-cü il Milli Təhlükəsizlik Aktının 3-cümaddəsini pozaraq Rusiyanın xüsusi xidmət orqanlarına yardımgöstərməkdə şübhəli bilinir və dindirilmələri məqsədilə Londondakıpolis şöbəsinə aparılıblar.