AZ

İsveçrə saatlarının ixracının azalmasının səbəbi...

İsveçrə Saat Federasiyası avqust ayında ölkədən saat ixracının 16,5% azaldığını bildirib. Satışlar bütün kateqoriyalar üzrə (qiymətli metallar, yarımqiymətli ərintilər, polad və digər materiallar) və bütün ölkələrdə azalıb. Ən böyük azalma Çin (-35,6%) və ABŞ-a (-24%) ixracda qeydə alınlb.

“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Ekspertlər satışların kəskin azalmasının səbəbini ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi idxal tariflərinin mənfi təsiri ilə əlaqələndirirlər. Çində tələbin azalması da buna təsir edib.

Donald Tramp İsveçrə mallarına 39%, Aİ mallarına isə 15% əlavə idxal rüsumları tətbiq edib. Tariflər avqustun 7-dən qüvvəyə minib və artıq ayın ixrac həcminə təsir edib.

Seçilən
4
ikisahil.az

1Mənbələr