AZ

İsmayıllıda qəza: “Mercedes”lə toqquşan “VAZ” yararsız hala düşdü VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 17-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 31-BE-259 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşın, taksi fəaliyyətiylə məşğul olan “Mercedes” markalı avtomobillə toqquşub. İddialara əsasən qəzaya səbəb yolayrıcının keçilməsi qaydasının pozulması olub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.  

Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma davam edir.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
avtosfer.az

1Mənbələr