AZ

Fransada şok hadisə: Dispetçerin yuxuya getməsi sərnişin təyyarəsini havada gözlətdi

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fransada qeyri-adi aviasiya insidenti yaşanıb. "Air Corsica" aviaşirkətinə məxsus Paris-Ayaçço reysi təyinat məntəqəsi üzərində təxminən yarım saat havada dairə vurmağa məcbur olub. Səbəb isə növbədə olan dispetçerin iş vaxtı yuxuya getməsi olub.

Oxu.Az xəbər verir ki, Fransa Mülki Aviasiya İdarəsi hadisəni "Daily Mail"ə təsdiqləyib.

Bildirilir ki, Orli aeroportundan qalxan təyyarə Ayaççoya, təxminən, bir saat gecikmə ilə eniş edib. Dispetçer 2400 metr uzunluğunda yeganə uçuş-enmə zolağının işıqlandırma sistemini aktivləşdirmədiyi üçün pilotlar təlimat ala bilməyib və havada gözləməli olublar. Ehtiyat tədbiri olaraq ekipaj Bastiyada alternativ eniş planı da hazırlayıb.

Dispetçerlə radio əlaqəsi qurmaq mümkün olmayıb. Yalnız aeroportun yanğınsöndürmə xidməti polisə müraciət etdikdən sonra əməkdaşlar nəzarət qülləsinə qalxaraq yuxuya getmiş işçini oyadıblar.

"Təcrübəm boyu belə hadisə ilə rastlaşmamışdım. Korsika üzərində, sadəcə, kiçik bir dairə cızdıq. Təyyarədə panika olmadı, sərnişinlər sakit idilər və vəziyyətə hətta yumorla yanaşdılar", - deyə kapitan bildirib.

Aviasiya rəhbərliyi baş verənləri "qeyri-adi vəziyyət" adlandırıb və daxili araşdırma başladığını açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
oxu.az

1Mənbələr