AZ

Makron hökumətinə qarşı - Fransada yüzminlərlə insan etiraz edir

Hurriyyet.az xəbər verir ki, Fransada 800 min nəfərdən artıq vətəndaş yüksək dövlət borcu fonunda sərt iqtisadi tədbirlərə qarşı etirazını bildirmək üçün küçələrə çıxıb.

Təhsil, səhiyyə, ictimai nəqliyyat və digər sahələrin işçiləri həmkarlar ittifaqlarının çağırışı ilə tətillər elan ediblər, hökumətin tətbiq etdiyi istisadi məhdudiyyətlərə qarşı etirazlarını bildirmək üçün meydanlara axışıblar.

Parisdə və ətrafında tətillər nəticəsində metro və avtobus reysləri kütləvi şəkildə ləğv edilib, şəhərətrafı qatarların hərəkəti iflic olub.

Fransanın böyüklüyən görə ikinci şəhəri olan Marseldə polsi 22 nəfər nümayişçini saxlayıb. Lionda nümayişçilər avtomobil yollarının qarşısını kəsməyə çalışıblar.

Hürr Tərcüman

 

Seçilən
23
hurriyyet.az

1Mənbələr